"Neftçi"də qvineyalı futbolçu

16:47 - 14 Noyabr 2019

“Neftçi” klubu baxışa yeni futbolçu dəvət edib.

 

Sportal.az xəbər verir ki, bu, qvineyalı Yamussa Kamaradır. 19 yaşlı Kamara hücumameylli yarımmüdafiəçidir.

 

Vətənində “Seynt Marie” akademiyasında (2012-2016), eləcə də “Elefant de Kolea” (2016-2017), “Satellit” (2017-2018) və “Kalum Star” (2018-2019) klublarında çıxış etmiş futbolçu, bu ölkənin U-16, U-20 və U-23 milli komandasının formasını geyinib.

 

Məşqçilər korpusu bu gün məşqlərə qoşulan Yamussa Kamara haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.

Xəbər xətti