"Milli dəstə"dən AFFA-ya etiraz

17:17 - 17 Noyabr 2019

Azərbaycan millisinin azarkeş ordusu olan "Milli dəstə" AFFA-dan narazı qalıb.

 

Sportal.az xəbər verir ki, britaniyalı azarkeşlərə daha çox bilet satılması və "Milli dəstə" üzvlərinə normal şərait yaradılmamasından hiddətlənən Mustafayev "facebook" səhifəsində bununla bağlı etiraz paylaşımı edib. Daim millini dəstəkləyən azarkeş dəstəsinin rəhbərinin fikrincə, AFFA UEFA-nın qanunlarına zidd olaraq qonaq komandaya daha çox və ən yaxşı sektoru ayırıb:

 

"Uels (səfər) azarkeşlərinə UEFA qaydalarından (5 faiz) artıq bilet ayıran və onlara ən yaxşı sektoru verən şəxs vətən xainidir! 2-ci mərtəbədən sektor vermək olmazdı? UEFA qaydalarına əsasən, 550 oturacaq veriləcəyi halda 1000 oturacaq verməli idiz? Bizə hər cür əziyyət verən, sektorumuzu dəyişən, qanunsuz olaraq barabana son ana qədər icazə verməyən Uelsə belə qonaqpərvərlik göstərmək kimin fikri idi, AFFA?"

 

Qarşılaşmada Uels 2:0 hesablı qələbə qazanıb. Oyunu 1200 britaniyalı azarkeş izləyib.

Xəbər xətti