"Qarabağ" "İmarət"in 10 yaşını təbrik etdi - VİDEO

17:28 - 19 Noyabr 2019

Bu gün "Qarabağ"ın azarkeş qrupu olan "İmarət"in 10 yaşı tamam olur. 

 

Ağdamdakı məşhur “İmarət” stadionunun adını daşıyan bu azarkeş qrupunu 2009-cu il noyabrın 19-da vətənpərvər qarabağlı gənclər yaradıb.

 

“İmarət” bu gün Azərbaycan futbolundakı fan-klublar sırasında ən fəallardan biridir. "İmarət"in son illərdəki ən böyük uğurlarından biri də bəzi xarici ölkələrdə “İmarət”in bölmələrinin açılması olub.

 

"Qarabağ"ın media xidməti Azərbaycan futboluna və kluba sadəqətlə xidmət edən, komandanın əsgərlərinə çevrilmiş “İmarət”in yaradıcılarını və bütün üzvlərini təbrik edib, “Qarabağ” klubunun və Azərbaycanın bayrağını doğma “İmarət” stadionunda qaldırmağı arzulayıb.

 

Xəbər xətti