“Sumqayıt” - “Qarabağ” oyunundan əvvəl musiqili proqram

13:31 - 20 Noyabr 2019

Azərbaycan Premyer Liqasının 12-ci turunda keçiriləcək “Sumqayıt” - “Qarabağ” matçından əvvəl xüsusi tədbir olacaq.

 

Sportal.az xəbər verir ki, 22 noyabr Sumqayıta şəhər statusunun verilməsinin 70-ci ildönümünə təsadüf etdiyindən "Sumqayıt" - "Qarabağ" oyununun başlama saatından 30 dəqiqə əvvəl azarkeşlər və şəhər ictimaiyyəti üçün stadionda musiqili proqram təşkil ediləcək.
 
Noyabr 22-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" – "Qarabağ" matçına saat 19:00-da start veriləcək.

Xəbər xətti