Bəhram Bağırzadə "Qarabağ"ı yola salanlar arasında - FOTO

15:56 - 26 Noyabr 2019

Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Sevilya” ilə qarşılaşacaq “Qarabağ” bu gün İspaniyaya yollanıb.

 

Sportal.az xəbər verir ki, hava limanında komanda Ağdam təmsilçisini yola salanlar arasında aktyor Bəhram Bağırzadə də olub. O, komanda üzvlərindən Maksim Medvedev və Mahir Emreli ilə bir neçə dəqiqə söhbət edib.

 

Noyabrın 28-də keçiriləcək “Sevilya” – “Qarabağ” matçı saat 00:00-da start götürəcək.

 

Xəbər xətti