"Neftçi" daha bir qvineyalını baxışa çağırdı

00:34 - 27 Noyabr 2019

“Neftçi” baxışa daha bir futbolçu dəvət edib.

 

Sportal.az xəbər verir ki, bu, qvineyalı Nabi Silladır. 21 yaşlı Silla hücumçudur. “Soar Akademiyası”nın (2008-2014) yetirməsi olan futbolçu vətənində “Satellit” (2015-2017), “Qanqan” (2017-2018) və “Koyah” (2018-2019) klublarında çıxış edib. Qvineyanın U-17 və U-20 milli komandasının formasını geyinmiş Nabi Silla U-23-ün üzvüdür. Məşqçilər korpusu bu gün məşqlərə qoşulan Nabi Silla haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.

 

Digər qvineyalı futbolçu – 19 yaşlı hücumameylli yarımmüdafiəçi Yamussa Kamara da hazırda baxışdadır.

Xəbər xətti