"Qol vura bilmirik, çempionluqdan danışmaq tezdir" - "Neftçi"nin futbolçusu

14:14 - 2 Dekabr 2019

"Neftçi"nin müdafiəçisi Voislav Stankoviç Premyer Liqanın 13-cü turunda "Səbail"lə oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, serbiyalı futbolçu qolsuz bərabərliyi şərh edib:

 

"Penaltidən qol buraxıb, uduza da bilərdik. Hər şey ola bilərdi. Amma heç-heçədən razı deyilik. Qeyri-stabilliyin nə ilə bağlı olduğunu deyə bilmərəm. Hər oyuna daha yaxşı oynayıb, qələbə qazanmaq üçün çıxırıq. Bir oyunda yaxşı çıxış edirik, digərini istədiyimiz səviyyədə keçirmirik. Hər şeyi analiz etməliyik. Görək, qarşıdakı matçlar nə göstərəcək".

 

32 yaşlı oyunçu çempionluq şansları haqda verilən sualı isə bu cür cavablandırıb: "İndidən çempionluq haqda düşünmək lazım deyil. Əvvəlcə öz oyunumuza baxmalıyıq. Çünki bu cür matçlarda qələbə qazanmalıyıq. Qol vura bilmirik. Bu haqda düşünmək lazımdır. Çempionluqdan danışmaq çox tezdir".

Xəbər xətti