La Liqa klubu baş məşqçi ilə müqaviləni yenilədi

17:22 - 6 Dekabr 2019

"Valyadolid" baş məşqçisi Serxio Qonzaleslə müqavilənin müddətini uzadıb.

Sportal.az La Liqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssislə sözləşmənin müddəti 2022-ci ilin yayına qədər artırılıb.

Əvəlki müqavilə cari mövsümün sonunda bitirdi. 

Qonzales 2018-ci ildən  "Valyadolid"i çalışdırır. Komanda hazırda La Liqada 18 xalla 15-cidi.

Xəbər xətti