"Qəbələ"nin "Sumqayıt"la 31-ci dueli

11:11 - 8 Dekabr 2019

Bu gwn Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ilk yarısı başa çatacaq.

 

Sportal.az “Qəbələ” 2019-cu ildəki son  çempionat oyununda “Sumqayıt”la qarşılaşacaq. “Qırmızı-qaralar”ın səfər matçı bu rəqiblə 31-ci görüş olacaq.

 

 

İndiyədək komandalar 30 dəfə münasibətlərini aydınlaşdırıb. Bu oyunlarda “Qəbələ” böyük üstünlüyə malikdir. 18 qələbə qazanan komandamız 8 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 48 top keçirən “qırmızı-qaralar” 23 qol buraxıb. “Sumqayıt”la matçların ən yaxşı bombardiri Viktor Mendi 7 qol vurub.

 

“Qəbələ” Sumqayıt”ın eyniadlı təmsilçisi ilə 29 dəfə çempionat, 1 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 18 qələbəsi olan “qırmızı-qaralar” 8 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 47 top keçirən komanda 23 qol buraxıb.

 

“Qırmızı-qaralar” 15-ci dəfə “Sumqayıt”ın qonağı olacaq. Səfərdəki 14 matçda komandamız 6 qələbə qazanıb, 5 heç-heçə edib. Yalnız 3 dəfə uduzan “Qəbələ” top fərqində də üstündür. 21 qol vuran futbolçular 14 top buraxıblar.

 

“Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” - “Qəbələ”  matçı saat 15:00-da başlayacaq.

Xəbər xətti