Aftandil Hacıyev: "Fasilədə gedənlərin sayı artacaq"

17:40 - 8 Dekabr 2019

Premyer Liqanın 14-cü turunda keçirilmiş "Zirə" - "Səbail" matçından (4:1) sonra qonaq komandanın baş məşqçisi Aftandil Hacıyevin mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis oyunu şərh edib:

 

"Qış fasiləsi ərəfəsində son oyun idi. Axırıncı pillədən qurtula bilərdik. Amma bacarmadıq. Heyətimizi rəqiblə müqayisə edə bilmərik. Ustalıq səviyyəsi "Zirə"də daha çox idi. Geridönüş edə bilmədik. Qol vurduq, amma heç-heçə cəhdimiz alınmadı. Rəqibin ustalıq səviyyəsi ümidlərimizi puç etdi. Demirəm ki, məndə günah yoxdur. 10 oyun qalib gəlməmək böyük problem deyil. Daha böyük problemlər var. Tapşırıq olub ki, daha gənc oyunçulara şans verək. Bundan danışmaq lazımdır. Meydanda 3 limit futbolçumuz var idi. Təcrübəli futbolçular bu vəziyyətlə barışmaq istəmirlər. Onlar iddialı klublarda çıxış etmək istəyirlər. İddiamız zəifləyib deyə onlar da narahatdır. Hər kəs çalışır ki, maksimum dərəcədə çıxış etsin. Bu gənc oyunçuların ilk illəridir. Onların oyun sayı artmalıdır ki, təcrübələri də çoxalsın. Ona görə rahatam ki, heyətimiz gəncdir. Onları milli komandaya qazandıra bilərik. Mənim dövrümdə komandada pozitiv hallar daha çoxdur. Yeganə narahatlıq odur ki, sonuncu pillədə gedirik. Bu, məni razı sala bilməz. Çempionat başlayandan sonra komandanı tərk edənlər oldu. Fasilədə də gedənlərin sayı artacaq".

Xəbər xətti