Rusiya olimpiada və DÇ-dən kənarlaşdırıldı - dopinqə görə

15:13 - 9 Dekabr 2019

Rusiya irimiqyaslı yarışlardan, o cümlədən olimpiada və dünya çempionatlarında təmsil olunmaq hüququndan məhrum olunub.

Sportal.az xəbər verir ki, bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi yekdilliklə qərar çıxarıb.

Rusiya 4 il müddətinə dünya çempionatları keçirmək və ya mundialların təşkili üçün ərizə vermək hüququndan da məhrum edilib. Qadağa dövlət qulluqçularına, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin rəhbərliyinə şamil olunub. Qadağa DÇ-2022-yə də aiddir.

Rusiyalı idmançılar Yay Olimpiya Oyunları və dünya çempionatında digər ölkələri təmsil edərək mübarizə apara bilərlər.

Xəbər xətti