UEFA-dan əsgər salamı qərarı

10:36 - 13 Dekabr 2019

UEFA Türkiyə millisinin oyunlarındakı əsgər salamı ilə bağlı qərarını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, qitə futbol qurumu bu məsələ ilə bağlı qardaş ölkə yığmasına heç bir cəza tətbiq etməyib.

 

Türkiyə millisinin futbolçuları AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Albaniya ilə ev (1:0) və Fransa ilə səfər oyununda (1:1) vurduqları qolları əsgər salamı ilə qeyd etmişdilər. UEFA isə bununla əlaqədar sözügedən komandaya qarşı intizam işi başlandığını bəyan etmişdi.

Xəbər xətti