Əliyar Ağayev Kiyev "Dinamo"sunun oyununu idarə etdi - VİDEO

11:08 - 13 Dekabr 2019

FIFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda baş tutmuş "Dinamo" (Kiyev) - "Luqano" oyununu idarə edib.

 

Sportal.az xəbər verir ki, Kiyevin Olimpiya stadionunda oynanılan matç 1:1 hesabı ilə başa çatıb. Ağayev İsveçrə klubunun 4 futbolçusuna sarı vərəqə göstərib.

 

B qrupunu "Dinamo" 7 xalla 3-cü, "Luqano" 3 xalla sonuncu pillədə başa vurub

 

 

Xəbər xətti