"Barselona"nın Martines transferi üçün ilk təklifi

"Barselona" "İnter"dən Lautaro Martinesi transfer etmək istəyir.

 

Sportal.az "Sport"a istinadən xəbər verir ki, Kataloniya klubunun idman direktoru Erik Abidal Milanda "İnter" rəsmiləri ilə görüşüb. "Göy-qaralar"ın argentinalı forvardın keçidi üçün "Barselona"dan pulıa yanaşı, İvan Rakitiçlə Arturo Vidalı tələb etdiyi bildirilir. Lataloniyalıların yalnız bir futbolçu verməyə hazır olduğu xəbərdə qeyd edilib.

 

"Barselona" cəbhəsi 70 milyon avro və Arturo Vidalı qarşı tərəfə təklif edib. Tərəflərin yaxın günlərdə yenidən görüşəcəyi gözlənilir.

 

22 yaşlı futbolçu bu mövsüm 20 oyuna 13 qol vurub, 3 assist edib. "İnter" Argentina millisinin üzvünü 2 mövsüm əvvəl "Rasinq"dən 25 milyon avroya transfer edib. Martinesin "İnter"lə müqaviləsi 2023-cü ilin yayında bitəcək. Onun sərbəst qalma dəyəri 111 milyon avrodur.

Tarix: 15 Dekabr [15:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Yanvar 2020
24  Yanvar 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio