Pedronun "Barselona" xəyalı

15:44 - 15 Dekabr 2019

"Çelsi"nin hücumçusu Pedro Rodriqes keçmiş klubu "Barselona"ya qayıtmaq variantının olduğunu açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçu yenidən Kataloniya klubunda oynamaq arzusunda olduğunu deyib:

 

"Barselona"ya qayıtmaq ehtimalım var. Geri dönməyi çox istəyirəm. Bu komandanı sevirəm. Ümid edirəm ki gerçəkləşər".

 

İspaniyalı futbolçunun "Çelsi" ilə müqaviləsi mövsümün sonunda bitir. Pedro bu mövsüm 9 oyuna 1 qol vurub, 1 assist edib. İspaniya millisinin üzvü 2015-ci ildə "Çelsi"yə "Barselona"dan keçmişdi.

Xəbər xətti