"Borussiya" "Hoffenhaym"a uduzdu - VİDEO

01:46 - 21 Dekabr 2019

Almaniya Bundesliqasında 17-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, "Hoffenhaym" evdə Dortmund "Borussiya"sı məğlub edib - 2:1.

 

"Leyptsiq" 34 xalla Bundesliqanın turnir cədvəlinə başçılıq edir. Eyni xala malik Münhenqladbax "Borussiya"sı  2-cidir.. "Bayern"lə Dortmund "Borussiya"sı 30 xalla 3-4-cü yerləri bölüşdürür. "Hoffenhaym" 27 xalla 6-cı sırada qərarlaşıb.

 

"Hoffenhaym" - "Borussiya" - 2:1

Qollar: Sarqis Adamyan, 79, Andrey Kramariç, 87 - Mario Qötse, 17

 

Xəbər xətti