Dieqo Forlan baş məşqçi təyin edildi

14:14 - 21 Dekabr 2019

Uruqvay millisinin sabiq üzvü Dieqo Forlan baş məşqçi olub.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı veteran hücumçu yetirməsi olduğu "Penyarol" klubunun baş məşqçisi təyin edilib. Bu barədə Uruqvay klubunun saytı məlumat yayıb.

 

Forlan karyerası ərzində "Mançester Yunayted", "Vilyarreal", "Atletiko", "İnter" kimi klublarda çıxış edib. O, Uruqvay millisində 112 oyuna 36 qol vurub.

Xəbər xətti