PSJ-dən Mbappeyə fantastik təklif

12:49 - 28 Dekabr 2019

PSJ futbolçusu Kilian Mbappeni komandada saxlamağa çalışır.

 

Sportal.az xəbər verir ki, Paris təmsilçisi 21 yaşlı hücumçuya  5 illik müqavilə təklif edəcək. Mbappe müqavilə təklifini qəbul etsə, illik maaşı 32 milyon avro olacaq.

 

Fransa millisinin üzvünün PSJ ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir. Gənc forvard bu mövsüm 19 oyuna 18 qol vurub, 2 assist edib.

Xəbər xətti