Rayan Babel "Ayaks"a keçir

17:17 - 7 Yanvar 2020

"Qalatasaray" niderlandlı futbolçusu Rayan Babellə yolları ayırmağa qərar verib.

 

Sportal.az "De Telegraaf"a istinadən xəbər verir ki, 33 yaşlı vingerlə "Ayaks" maraqlanır. Amsterdam təmsilçisi niderlandlı futbolçunu transfer etmək üçün danışıq aparır. İstanbul klubu təcrübəli oyunçunun keçidi üçün təzminat istəyir. Babelin agenti Vinni Haatrext "Ayaks"la danışıqlar apardığını deyib. O, futbolçunun icarəyə verilməsi üçün görüşdüyünü bildirib.

 

Niderland millisinin üzvü yayda "Fulhem"dən "Qalatasaray"a azad agent statusu ilə keçib. Babel bu mövsüm 15 oyuna 5 qol vurub, 1 assist edib.

Xəbər xətti