Mussa Sou İtaliya klubunda

23:10 - 13 Yanvar 2020

Birləşmiş Ərəb Əmirliklərinin "Şabab Əl-Əhli" klubundan ayrılan Mussa Sou karyerasını İtaliyada davam etdirəcək.

 

Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, seneqallı forvard B Seriyasında mübarizə aparan "Trapani"yə transfer olub.

 

33 yaşlı hücumçu Fransanın "Renn", "Lill", Türkiyənin "Fənərbaxça", "Bursaspor" və "Qaziantep" klublarında çıxış edib.

Xəbər xətti