Lukas Barrios Dieqo Maradonanın klubunda

13:01 - 17 Yanvar 2020

Paraqvay millisinin üzvü Lukas Barriosun yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı hücumçu Argentinanın "Ximnasiya" klubuna keçib. Təcrübəli hücumçu yüksək liqa təmsilçisi ilə 6 aylıq müqavilə imzalayıb.

 

"Ximnasiya"nı əfsanəvi argentinalı keçmiş futbolçu Dieqo Maradona çalışdırır.

 

Barrios "Borussiya" (Dortmund), "Spartak" (Moskva), "Monpelye", "Qremio" kimi klublarda çıxış edib. Onun son klubu Argentina "Ukrakan"ı olub.

Xəbər xətti