"Mançester Yunayted"də Reşford şoku

13:55 - 20 Yanvar 2020

"Mançester Yunayted"in hücumçusu Markus Reşfordun son durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, ingilis hücumçu ən azı 1,5 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə komandanın baş məşqçisi Ole Qunnar Suşayer məlumat verib.

 

22 yaşlı oyunçu "Vulverhempton"la İngiltərə FA kubokunda keçiriləcən matçda sıradan çıxmışdı.

 

Reşford bu mövsüm 31 oyunda 19 qol vurub.

Xəbər xətti