Ever Baneqa yeni klubunu açıqladı - sürpriz transfer

16:03 - 26 Yanvar 2020

"Sevilya"nın yarımmüdafiəçisi Ever Baneqa yeni mövsümdən karyerasını Səudiyyə Ərəbistanın "Əl-Şabab" klubunda davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, argentinalı futbolçu ərəblərlə anlaşdığını açıqlayıb. Onun əndəlüsiyalılarla müqaviləsi mövsümün sonunda başa çatır. Bu səbəbdən də Baneqa "Əl-Şabab"a azad agent statusu ilə keçəcək. Təcrübəli oyunçu yeni klubu ilə 3 illik anlaşdığını deyib.

 

31 yaşlı futbolçu bu mövsüm 23 oyuna 2 qol vurub, 7 assist edib. 

 

Argentina millisinin üzvü "Boka Xuniors", "Valensiya", "Atletiko" (Madrid), "İnter" kimi klublarda çıxış edib.

Xəbər xətti