"Zirə"dən böyük hesablı qələbə

18:27 - 26 Yanvar 2020

Mövsümün qalan hissəsinə hazırlığını davam etdirən “Zirə” bu gün növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi “Keşlə-2” ilə qarşılaşıb. Görüş “Zirə”nin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

 

“Zirə”nin heyətində Ağabala Ramazanov, Davit Volkov, Əli Şirinov, Adrian Skarlatake və Xulio Sezar Rodriqes (2) fərqlənib.

Xəbər xətti