Qriqori Babayan: "Futbolçuların pasportuna baxmıram"

12:32 - 29 Yanvar 2020

Qazaxıstanın "Tobol" klubunun baş məşqçisi Qriqori Babayan təlim-məşq toplanışı ilə bağlı verib.

 

Sportal.az xəbər verir ki, erməni əsilli qazaxıstanlı mütəxəssis heyətin gücləndirilməsini istəyib və futbolçuların hansı millətdən olmasına baxmadığını deyib:

 

"Futbolçular inkişaf etməyi anlamalıdırlar. Bir daha təkrar edirəm ki, yeni oyunçular axtarırıq. Üç və ya dörd mövqeyi gücləndirmək istəyirik. Rəqabətli komanda istəyirik. Heyətdə daha yaxşı hazır olan və xarakterli futbolçular yer alacaq. Burada kimin gənc olmasına və futbolçunun pasportuna baxmırıq. Yaşın önəmi yoxdur, əsas futbolçunun necə hazırlaşması və komandaya necə kömək etməsidir". 

 

Azərbaycan mətbuatı Qriqori Babayanın "Tobol"un baş məşqçisi təyin olunmasından sonra Emil Balayevin Kostanay klubundan ayrılacağını yazır.

 

25 yaşlı qapıçı 2019-cu ilin qış fasiləsində "Səbail"dən "Tobol"a keçib. Milli üzvü ötən mövsüm Qazaxıstan çempionatında ən yaxşı qapıçı seçilib. Onun klubla 1 illik müqaviləsi qalıb.

Xəbər xətti