"Barselona" "Çelsi"nin futbolçusunu transfer edir

11:47 - 30 Yanvar 2020

"Barselona" "Çelsi"nin hücumameyilli yarımmüdafiəçisi Villianı transfer hədəfinə alıb.

 

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, kataloniyalılar bu transferi həll etmək üçün danışıqlara başlayıb. İspaniya nəhəngi braziliyalı futbolçunun keçidi üçün London təmsilçisinə 25 milyon avro təklif edib.

 

"Çelsi" mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçunu satmağa müsbət yanaşır. Transfer pəncərəsinin son saatlarına kimi Villianın "Barselona"ya keçəcəyi gözlənilir.

 

31 yaşlı futbolçu bu mövsüm 30 oyunda 5 qol vurub, 5 assist edib.

Xəbər xətti