Ərsun Yanal Azərbaycan millisini çalışdırmayacaq

12:05 - 30 Yanvar 2020

Türkiyə "Milliyyet" qəzeti "Fənərbaxça"nın baş məşqçisi Ərsun Yanalın Azərbaycan millisinin baş məşqçisi postuna namizəd olduğunu iddia edib.

 

AFFA-nın siyahısında olan məşqçilərin arasında 58 yaşlı mütəxəssisin də adı var. Onun şanslarının yüksək olduğu qeyd edilib.

 

Sportal.az-ın məlumatına görə, türkiyəli mütəxəssis Azərbaycan millisini çalışdırmayacaq. O, ötən həftə verdiyi açıqlamada "Fənərbaxça"nın çempionluq yolunda inamlı addım atdığını və bu yolda irəliləyəcəklərini demişdi. Yanal çempionluğa ən real namizədlərdən biri olduqlarını sözlərinə əlavə etmişdi.

 

Yanal ötən mövsümdən “Fənərbağça”nı çalışdırır.

 

Xəbər xətti