Eddi İsrafilov üçün yeni baş məşqçi

00:26 - 4 Fevral 2020

Eddi İsrafilovun çıxış etdiyi İspaniyanın "Albasete" klubunda baş məşqçi dəyişikliyi baş verib.

 

Sportal.az xəbər verir ki, komandanı bundan sonra Lukas Alkaras çalışdıracaq. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb. 53 yaşlı ispan mütəxəssis bu vəzifədə istefaya göndərilən Luis Miqel Ramisi əvəzləyib.

 

"Albasete" hazırda İspaniya Sequndasında 19-cu pillədə qərarlaşıb.

Xəbər xətti