"Barselona"da Dembele şoku

13:04 - 5 Fevral 2020

“Barselona”nın hücumçusu Usman Dembele yenidən zədələnib.

 

Sportal.az xəbər verir ki, zədəsini sağaldan fransız futbolçu məşqdə sıradan çıxıb. Onun mövsümün sonuna qədər katalonlara kömək etməyəcəyi gözlənilir.

 

"Barselona" 22 yaşlı futbolçunu 2017-ci ildə "Borussiya"dan 125 milyon avroya transfer edib. Dembele komandada 9-cu dəfə zədələnib. O, 3 mövsüm ərzində 456 gün zədəyə görə oynamayıb.

Xəbər xətti