Abidal - Messi qalmaqalına görə "Barselona"da təcili iclas

14:11 - 5 Fevral 2020

“Barselona”da klubdaxili iclas keçiriləcək.

 

Sportal.az xəbər verir ki, klub prezidenti Xosep Bartomeu idman direktoru Erik Abidalla bir araya gələcək. Buna səbəb Abidalla komandanın kapitanı Lionel Messi arasında fikir ayrılığının yaşanması səbəb olub.

 

Erik Abidal "Sport"a müsahibəsində bəzi futbolçuların Ernesto Valverdenin dönəmində həvəssis oynadığını deyib. Messi fransalı mütəxəssisin bu açıqlamasına "Instagram" hesabında cavab verib: "Belə halları sevmirəm. Hər kəs öz işini görməlidir. Əgər belə açıqlama verirsənsə, adları açıqlamalısan. Əks halda, hamının üzərinə kölgə salırsan".

Xəbər xətti