"Sabah" "Qəbələ"yə, "Səbail" "Keşlə"yə qalib gəldi - YENİLƏNİB

22:56 - 7 Fevral 2020

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk gündə iki oyun keçirilib. Açılış matçında "Sabah" "Qəbələ"ni qəbul edib və 3:2 hesabı ilə qalib gəlib.

 

Günün digər oyunu isə "Keşlə" evdə "Səbail"ə 0:1 hesabaı ilə uduzub.

 

7 fevral (cümə)

“Sabah” – “Qəbələ” - 3:2

Qollar: Marko Deviç, 19, Mario Marina, 22, Ehtiram Şahverdiyev, 64 (avtoqol) - Ülvi İsgəndərov, 5, Nikolas Raysel, 90+1 (pen.)

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena”, 19:00

 

“Keşlə” –“ Səbail” - 0:1

Qol: Hendrik Ekşteyn, 51

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”, 21:00

Xəbər xətti