Azərbaycan derbisinə olan maraq

17:17 - 9 Fevral 2020

Azərbaycan Premyer Liqasının 16-cı turun oyunlarını izləmiş azarkeş sayı məlum olub.

 

Sportal.az xəbər verir ki, ən yüksək göstərici Tofiq Bəhramov adına Respublika stadionunda qeydə alınıb. “Qarabağ”ın “Neftçi” ilə qolsuz heç-heçə etdiyi turun bağlanış oyununu 3200 azarkeş izləyib.

 

Ən aşağı göstərici isə “Sabah” – “Qəbələ” (3:2) görüşündə qeydə alınıb. Masazırdakı “Bank Respbulika Arena”da 400 azarkeş olub.

 

"ASK Arena"da keçirilmiş “Keşlə” – “Səbail” matçını (0:1) 650, Sumqayıtdakı "Kapital Bank Arena"da baş tutan “Sumqayıt” – “Zirə” görüşünü (2:1) isə 800 nəfər stadiondan izləyib.

 

Ümumilikdə turun 4 oyununda 5050 azarkeş olub. Bu da orta hesabla hər matçı 1265,5 nəfərin izləməsi deməkdir.

 

Xəbər xətti