"Sumqayıt"dan 70-ci qələbə

11:11 - 10 Fevral 2020

Azərbaycan Premyer Liqasının XVI turu “Sumqayıt” üçün yubileylə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi 2011-ci ildə debüt etdiyi yüksək dəstədə 70-ci qələbəsini qazanıb. Bu, “Zirə” ilə ev matçına təsadüf edib (2:1). Ayxan Abbasovun yetirmələri bu göstəriciyə Premyer Liqadakı 268-ci matçında çatıb. “Sumqayıt” ölkə çempionatları tarixində qazanılan qələbələrin sayına görə 16-cı pilləyə yüksəlib.


Yubiley uğurunun müəllifi 47 dəfə evdə, 23 dəfə səfərdə qalib gəlib. “Sumqayıt” Premyer Liqada 9-cu mövsümündə “70”ə çatıb: 2011/12 – 6, 2012/13 – 9, 2013/14 – 5, 2014/15 – 7, 2015/16 – 9, 2016/17 – 9, 2017/18 – 11, 2018/19 – 8, 2019/20 – 6.

 

“Sumqayıt” ilk qələbəsini 2011-ci il oktyabrın 30-da AZAL-la ev oyununda qazanıb – 2:1.

 

Xəbər xətti