Françesko Tottinin yeni işi

11:40 - 11 Fevral 2020

"Roma"nın əfsanəvi futbolçusu Françesko Totti yeni iş yeri yaradıb.

 

Sportal.az xəbər verir ki, italiyalı veteran hücumçu 2 skaut agentliyi qurub. Yeni şirkət Tottinin rəhbərliyi ilə gənc futbolçuları üzə çıxarmağa çalışacaq. Bundan əlavə, agentlik klub və futbolçulara məsləhət verəcək.

 

43 yaşlı futbol adamı karyerasını bitirdikdən sonra "Roma"da direktor vəzifəsində çalışırdı. O, 2019-cu ilin yayında rəhbərliklə anlaşmadığı üçün istefa vermişdi.

Xəbər xətti