Yurgen Klopp İtaliyada çempionluğunu arzuladığı komandanı açıqladı

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İtaliya A Seriyasında bu mövsüm çempionluğunu istədiyi komandanı açıqlayıb.

 

Sportal.az xəbər verir ki, alman mütəxəssis "Latsio"nu favorit hesab edib:

 

"Latsio"nu xüsusi qeyd edərdim. Bu komandada sabiq futbolçumuz Lukas Leyva çıxış edir. Çiro İmmobile "Borussiya"da rəhbərliyim altında oynayıb. Buna görə də "Latsio"nu dəstəkləyirəm. Maurisio Sarri üçün üzülürəm, amma İtaliyada mövsümün komandası "Latsio"dur".

 

A Seriyada 24 turdan sonra "Yuventus" 57 xalla liderdir. 56 xalı olan "Latsio" 2-ci pillədə qərarlaşıb.

Tarix: 18 Fevral [00:24]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio