Asmir Beqoviç "Milan"da debüt etdi - VİDEO

02:35 - 23 Fevral 2020

İtaliya A Seriyasında 25-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Milan" səfərdə "Fiorentina" ilə 1:1 hesablı heç-heçə edib.

 

Mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirən Asmir Beqoviç "Milan"da debüt edib. Bosniyalı qapıçı 52-ci dəqiqədə zədələnən Canluici Donnarummanın əvəzinə meydana daxil olub. O, 85-ci dəqiqədə penaltini dəf edə bilməyib.

 

"Milan" 32 yaşlı qapıçını "Bornmut"dan mövsümün sonuna qədər icarəyə götürüb. Beqoviç "Qarabağ"da 17 oyun keçirmişdi.

 

Çempionatın turnir cədvəlinə 60 xalla "Yuventus" başçılıq edir. "Milan" 36 xalla 7-ci, "Fiorentina" 29 xalla 13-cüdür.

 

"Fiorentina" - "Milan" - 1:1

Qollar: Erik Pulqar, 85 (pen.) - Ante Rebiç, 56

 

Xəbər xətti