"Barselona" Martinesə müqavilə təklif etdi

16:03 - 24 Fevral 2020

“Barselona” yay transfer dönəmində hücumçu almaq istəyir.

 

Sportal.az xəbər verir ki, katalonlar "İnter"in hücumçusu Lautaro Martinesin transferi üçün daha bir addım atıb. Klub argentinalı futbolçuya 5 illik müqavilə və illik 7 milyon avro maaş təklif edib.

 

"İnter"in bu təklifə hansı reaksiya verəcəyi bəlli deyil.

 

22 yaşlı futbolçu bu mövsüm 30 oyunda 16 qol vurub. "İnter" Argentina millisinin üzvünü 2 mövsüm əvvəl "Rasinq"dən 25 milyon avroya transfer edib. Martinesin "İnter"lə müqaviləsi 2023-cü ilin yayında bitəcək. Onun sərbəst qalma dəyəri 111 milyon avrodur.

 

Xəbər xətti