Milli Maltaya da uduzdu

13:13 - 27 Fevral 2020

Maltada 17 yaşadək qızlardan ibarət yığmalar arasında təşkil olunan UEFA İnkişaf turnirinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Azərbaycanın U-17 millisi turnirdə son oyununu ev sahibi Maltaya qarşı keçirib. Görüş Maltanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

U-17 turnir çərçivəsində ilk oyunda Cəbəllütariq yığmasına 2:0 hesabı ilə qalib gəlib, ikinci matçda isə Şotlandiya millisinə uduzub - 0:7. Yığma turniri 3 xalla 3-cü pillədə başa vurub.

Xəbər xətti