Füzuli Məmmədov: "Bir səhv bizi qələbədən etdi"

20:00 - 1 Mart 2020

"Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın XIX turunda "Səbail"lə (1:1) matçdan sonra fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis oyunu şərh edib:

 

"Çətin olacağını bilirdik. Komandaya bunun üçün tapşırıqlar vermişdik. Sonda bir səhv bizi qələbədən etdi. Topa nəzarət də bizdə idi. Rəqibin son dəqiqələrdə təzyiqi artdı. Oyunçular da hesabı qorumaq istəyirdi. Belə oyunlar olur. Yolumuza davam edəcəyik. Qarşıdakı görüşlərdə qələbə qazanmaq istəyəcəyik".

 

Məmmədov son dəqiqələrdə buraxdıqları qola da münasibət bildirib: "Standart vəziyyətlərdə oyunçunu boş buraxmaq yolverilməzdi. Epizodları qola çevirmək lazımdı ki, sonra rahat olsun. Qol vurmayanda stress də artır".

 

Baş məşqçi qapıçı Aqil Məmmədova şans verməsinə də toxunub: "Biz bütün səhvlərə baxacağıq. Səlahət Ağayev və Aqil Məmmədov keyfiyyətli qapıçılardır. Hər iki qapıçıya güvənirəm".

Xəbər xətti