Sabiq "Qarabağ"lı "İnter"in hədəfində

11:37 - 10 Mart 2020

Müqavilə ilə "Bornmut"a məxsus olan, icarə əsasında "Milan"da çıxış edən Asmir Beqoviç yeni mövsümdən karyerasını "İnter"də davam etdirə bilər.

 

Sportal.az "La Repubblica"ya istinadən xəbər verir ki, Milan təmsilçisi 33 yaşlı qolkiperi Samir Handanoviçə alternativ görür. "Göy-qaralar"ın İngiltərə klubuna təklif yollayacağı gözlənilir.

 

Bosniyalı qapıçı mövsümün ilk yarısını Azərbaycan çempionu "Qarabağ"da keçirib.

Xəbər xətti