"Kristal Pelas"ın Cenk Tosun planı

14:49 - 10 Mart 2020

Cenk Tosun zədə səbəbindən icarə əsasında çıxış etdiyi "Kristal Pelas"dan müqavilə ilə məxsus olduğu "Everton"a qayıdıb.

 

Sportal.az "Evening Standard"a istinadən xəbər verir ki, London klubunun türk hücumçu ilə bağlı planı var. "Qartallar" qısa müddətdə Cenkin performansından razı qaldığı üçün onu yayda transfer etməyə çalışacaq. London təmsilçisi 29 yaşlı hücumçunu transfer etmək üçün "Everton"la danışıq aparacaq.

 

Cenk Tosun zədə səbəbindən Avropa çempionatında Türkiyə millisinə kömək etməyəcək. Hücumçu "Kristal Pelas"da 5 oyunda 1 qol vurub.

 

Xəbər xətti