"Barselona" - "Napoli" oyununa azarkeşlər buraxılmayacaq

14:10 - 10 Mart 2020

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Barselona" - "Napoli" oyunu azarkeşsiz keçiriləcək.

 

Sportal.az xəbər verir ki, bu barədə Kataloniya klubu məlumat yayıb. Koronavirus epidemiyasının sürətlə Avropanı cənginə alması belə qərarın verilməsinə səbəb olub.

 

Qarşılaşma matçı martın 18-i "Kamp Nou"da keçiriləcək. Cütün ilk oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Xəbər xətti