UEFA federasiyaları bir araya yığır: Avropa çempionatı təxirə salına bilər

UEFA Avropa çempionatı, Çempionlar Liqası və Avropa Liqası turnirlərinin təxirə salınmasını federasiyalarla müzakirə edəcək.

 

Sportal.az xəbər verir ki, qitənin ali qurumuna daxil olan 55 federasiya martın 17-də videokonfransda bir araya gələcək.

 

İclasa daxil edilən məsələlər:

 

1. Avropa çempionatı 2021-ci ilə təxirə salınsın;

2. AÇ-2020 iyunda deyil, sentyabrda start götürsün;

3. AÇ-2020-nin şəhərləri dəyişdirilsin;

4. AÇ-2020-nin oyunları azarkeşsiz keçirilsin.

 

Ehtimallara görə, turnir 2021-ci ilə təxirə salınacaq. Lakin UEFA-nın bu qərarı verməmişdən öncə FIFA ilə danışıq aparmalıdır. 2022-ci ildə dünya kubokundan öncə qitə çempionatının keçirilməsi təqvimi alt-üst edə bilər.

 

Avropa çempionatında 4 matçın Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılıb.

 

Bundan əlavə, klubların şikayətindən sonra UEFA Çempionlar Liqası və Avropa Liqasını dayandıracağını bəyan edəcək.

Tarix: 12 Mart [17:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Mart 2020
27  Mart 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio