10 oyuna 11500 azarkeş

15:11 - 16 Mart 2020

Premyer Liqada 2019/20 mövsümünün böyük bir hissəsi arxada qalıb.

 

Sportal.az xəbər verir ki, 20 tur ərzində “Sumqayıt” 6 qələbə, 5 heç-heçə və 9 məğlubiyyətə imza ataraq 23 xal toplayıb və 4-cü pillədə qərarlaşıb.

 

Komanda geridə qalan 20 tur ərzində 10 ev oyunu keçirib ki, bu qarşılaşmaları da ümumilikdə 11500 nəfər azarkeş oyunu tribunalardan izləyib.

 

“Kapital Bank Arena”da keçirilmiş 10 oyun üçün azarkeş sayı aşağıdakı kimidir:

 

“Sumqayıt” – “Səbail” (1300 azarkeş)
“Sumqayıt” – “Zirə” (1400 azarkeş)
“Sumqayıt” – “Sabah” (1000 azarkeş)
“Sumqayıt” – “Keşlə” (1000 azarkeş)
“Sumqayıt” – “Neftçi” (1500 azarkeş)
“Sumqayıt” – “Qarabağ” (1200 azarkeş)
“Sumqayıt” – “Qəbələ” (1100 azarkeş)
“Sumqayıt” – “Zirə” (800 azarkeş)
“Sumqayıt” – “Sabah” (1000 azarkeş)
“Sumqayıt” – “Keşlə” (1200 azarkeş).

Xəbər xətti