Voleybol çempionatları yenidən təxirə salındı

15:22 - 16 Mart 2020

Voleybol üzrə ölkə super siqası, yüksək liqası və 1-ci liqasının oyunları qeyri-müəyyən vaxtadək dayandırılıb.

 

Sportal.az xəbər verir ki, federasiyanın bu qərarı dünyada yayılmış koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

 

Qərara əsasən ölkədə fəaliyyət göstərən voleybol üzrə bütün bölmə və klublardan da məşqləri dayandırmaq tələb olunub.

 

Yarışların və məşqlərin bərpa olunacağı vaxtla bağlı əlavə məlumat veriləcək.

Xəbər xətti