"Çempionatın bərpa ediləcəyinə inanmıram"

15:02 - 22 Mart 2020

"Roma"nın yarımmüdafiəçisi Xavyer Pastore koronavirus pandemiyasına görə dayandırılan İtaliya A Seriyasında mövsümün davam etdiriləcəyinə inanmadığını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı argentinalı futbolçu oyunlara hazır olmaları üçün 20-30 günlük məşqlərə ehtiyac olacağını deyib:

 

"Mövsümün necə bitəcəyini birlikdə görəcəyik. Fikrimcə, mövsümü başa vurmaq mümkün olmayacaq. Uzun müddətdir fasilədir və bu, xeyli davam edir. Yenidən oyunlara hazır olmağımız üçün 20-30 gün məşq etməliyik. Bu səbəbdən çempionatın bərpa ediləcəyinə inanmıram".

 

İtaliya A Seriyasında 26 turdan sonra 63 xalı olan "Yuventus" liderdir. "Latsio" 62 xalla 2-ci, "İnter" 54 xalla 3-cü, "Atalanta" 48 xalla 4-cü, "Roma" 45 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti