Moskvada keçirilməsi planlaşdırılan Ümumdünya Şahmat Olimpiadası təxirə salınıb.
Sportal.az xəbər verir ki, şahmat olimpiadasının 2021-ci ilin yayında keçirilməsinə qərar verilib. Bundan əlavə, Ümumdünya Şahmat Paralimpiadası da gələn ilə təxirə salınıb.
Şahmat Olimpiadasının avqustun 6-dan 17-dək, Paralimpiadasının isə iyulun 30-dan avqustun 4-dək Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilməsi planlaşdırılırdı.
saytlarin hazirlanmasi