"Yuventus"un futbolçusu canlı yayımda azərbaycanlı müğənninin mahnısını xahiş etdi - FOTO

17:26 - 26 Mart 2020

“Yuventus”un futbolçusu Miralem Pyaniç türkiyəli müğənni Zeynep Bastıkın “Instagram”da açdığı canlı yayımda azərbaycanlı ifaçı Nahidə Babaşlının “Benim Hikayem” mahnısını oxunmağı istəyib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı bosniyalı futbolçu canlı yayımda “Bu hikayede yanan ben oldum” sözlərini yazaraq, istəyini qeyd edib.

 

“Benim Hikayem” mahnısının sözləri və musiqisi Nahidə Babaşlıya məxsusdur. Mahnı qadın hüquqlarının pozulmağından bəhs edir.

 

 

Xəbər xətti