"Arsenal" Vengerə heykəl qoyacaq

12:43 - 28 Mart 2020

"Arsenal" keçmiş baş məşqçisi Arsen Vengerin heykəlini ucaldacaq.

 

Sportal.az xəbər verir ki, fransız mütəxəssisin büstü "Emirates" stadionun önündə qoyulacaq. Abidə bürüncdən hazırlanacaq.

 

70 yaşlı məşqçi 1996-2018-ci illərdə "Arsenal"ı çalışdırırıb. O, "topçular"da 3 dəfə Premyer Liqa, 7 dəfə Federasiya kuboku və 7 dəfə də super kuboku qazanıb.

Xəbər xətti