"Kanadada yaxşı mövsüm keçirməyin sayəsində Azərbaycana gəldim"

"Qəbələ"nin çilili futbolçusu Rodriqo Qattas ölkəsinin mətbuatına açıqlamasında deyib.

 

Sportal.az xəbər verir ki, o, "Qəbələ"yə keçidi haqda danışıb:

 

“Kanadada yaxşı mövsüm keçirməyim sayəsində Azərbaycandan mənə zəng gəldi. İqnasio Errera və Nikolas Kanalesin meneceri məni bu ölkəyə gətirdi. Bu, mənim üçün əhəmiyyətli addımdır. Çempionatın qalibi Çempionlar Liqasında, daha 3 komanda isə Avropa Liqasında iştirak etmək hüququ qazanır”.

 

28 yaşlı hücumçu Çili I divizionunda çox oynamaq imkanının olmadığını söyləyib:

 

“İrəliləməyə davam etmək istəyirəm və Çilidə bu, alınmaya bilərdi. Buna görə də xaricdə oynamağı seçdim. Bu, mənim üçün yaxşı alındı. 8 ay Kanadada oynadım, orada ingilis dilini öyrəndim. "Qəbələ"də isə bir neçə futbolçu ingilicsə danışa bilir və buna görə bir az çətindir".

 

Qattas Azərbaycanda koronavirusla bağlı vəziyyət və görülən tədbirlərdən danışıb:

 

“Bir ay yarım əvvəl buraya gəldim. Baş verənlərə görə iki həftədir ki, futbol oynamırıq. Burada virusa yoluxanlar çox deyil, sadəcə tədbirlər görülür. Kökəlməmək üçün tədbir görürəm. Çünki insan evdə çox qalanda kilo alır".

Tarix: 31 Mart [15:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio